Ekvadorda iki polis əməkdaşının qətlində şübhəli bilinən şəxs saxlanılıb

10 Yanvar 2024 19:03 (UTC+04:00)

Ekvadorun hüquq-mühafizə orqanları Nobol şəhərində (Quayas əyaləti) iki polisin qətlində şübhəli bilinən şəxsi saxlayıblar.

Bu barədə polis öz X (keçmiş Twitter) səhifəsində məlumat yayıb.

“Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Nobolda (Quayas əyaləti) iki həmkarımızın qətlində təqsirli bilinən şəxs səlahiyyətli orqanlara təhvil verilib”, - deyə paylaşımda bildirilib.

Yanvarın 9-da Ekvador prezidenti Daniel Noboa ölkədə “daxili silahlı münaqişə”nin tanınması haqqında fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə göstəriş verib.

Mövsüm

Aznews.az