Amerika vətəndaşlarına səsləndi: Yəməni tərk edin

6 Avqust 2013 13:45 (UTC+04:00)

ABŞ Xarici İşlər Nazirliyi Yəməndə olan işçilərinin ölkədən çıxarılması qərarını verib. Həmçinin Amerika vətəndaşlarını Yəməni dərhal tərk etməyə çağırıb. Çağırışa səbəb kimi terror təhdidi göstərilir.

Qeyd edək ki, "Əl- Qaidə"nin hücum təşkil edəcəyi ehtimalına əsasən bir çox qərb ölkələri Yəməndəki səfirliklərini bağlayıb.

Rəsmi Vaşinqton isə Yəməndə, Orta Şərq və Afrikadakı bir çox səfirlik və konsulluğunun qapısı müvəqqəti olaraq qapadıb.

Yəmənin orta seqmentlərində təşkil edilən hava hücumunda "Əl-Qaidə" üzvü olduqları bilinən 4 nəfər ölüb.

Marib vilayətində hərəkətdə olan bir maşına edilən hücumda ölənlər arasında yüksək səlahiyyətli "Əl-Qaidə" üzvü olduğu da iddia edilir.

Yəmən Daxili İşlər Nazirliyi isə paytaxt və digər şəhərlərdə hücum hazırlığında iştirak edə biləcək 25 nəfərin siyahısını nəşr edib.

Elman
AzNews.az