Bakıda qanunsuz radar əməliyyatı - FOTOFAKT

6 Avqust 2013 13:58 (UTC+04:00)
Yol polisi əməkdaşları mülki avtomobilə qanunsuz radar yerləşdirib sürücüləri cərimələyir.


AzNews.az-ın məlumatına görə, YPX əməkdaşları Ziya Bünyadov prospektindən Dərnəgül istiqamətində gedən yolda, yerüstü keçidin altında "Mercedes Vita" markalı 90-MH-173 dövlət nömrə nişanlı avtomobilə radar yerləşdirib.

Əməkdaşımızın məlumatına görə, dayanmağın qadağan edildiyi yerdə saxlayan içi radarlı mülki maşın, həmçinin, yolda qəza vəziyyəti yaradır.

Mülki avtomobildən bir az qabaqda isə Dövlət Yol Polisin İdarəsinin 10 YP 520 dövlət nömrə nişanlı maşında xidmət edən əməkdaşları dayanıb və gizli radara "ilişən" sürücüləri saxlamaqla məşğul olur.

Yol Polisinin mülki maşınlara qeyri-qanuni radar qoymasının qadağan edilməsinə baxmayaraq, YPX əməkdaşları qeyri-qanuni yollardan istifadə etməkdən əl çəkmirlər.

Məsələ ilə bağlı müraciət etdiyimiz Bakı Şəhər Dövlət Yol Polisi Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə AzNews.az-a açıqlamasında faktdan xəbərsiz olduğunu bildirib. O yol polisi əməkdaşlarının sözügedən hərəkətinin qanunsuz olduğunu etiraf edib və bu barədə məlumatı rəhbərliyə çatdıracağını deyərək, telefonu söndürüb.

Ruhiyyə
AzNews.az