Paşinyan xaç atasını qubernator təyin edib

11 Yanvar 2024 11:41 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın xaç atası David Xudatyan Armavir vilayətinin qubernatoru təyin edilib.

AzNews.az xəbər verir ki, bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.

D.Xudatyan buna qədər maliyyə sektorunda (“Finca” və “Mogo” kredit şirkətlərində) çalışıb. O, 2018-ci ilin oktyabrında isə Armavir şəhərinin meri seçilmişdi.