Seçkiləri izləmək üçün 17 500-dən çox müşahidəçi akkreditasiyadan keçib

11 Yanvar 2024 12:51 (UTC+04:00)

Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün 17 500-dən artıq müşahidəçi akkreditasiyadan keçib.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 6 300 ətrafında olacaq seçki məntəqəsində hərəsinə 3 müşahidəçi olacaq: “Müşahidəçi nə qədər çox olsa yaxşıdır”.