İlham Mirzəyev ittihamlara cavab verdi - Açıqlama

6 Avqust 2013 14:36 (UTC+04:00)
Teleaparıcı İlham Mirzəyev onunla bağlı prezident İlham Əliyev və baş prokuror Zakir Qaralova şikayət edən Lyudmila Bahədddin qızı Əliyevaya cavab verib.

Teleaparacının cavabını təqdim edirik:

"O Asif əslində mənim qaynımın qaynıdır. Yəni mənim həyat yoldaşımın qardaşının arvadının qardaşıdır. Bunların əməllərinə görə neçə ailə artıq dağılmaq üzrədir. Elə bu məsələ üstündə qaynatamın ürəyi partladı öldü. Şəxsən mən dayım qızından qabaq həmin o Asif üçün bacısı Səbinə ilə birlikdə neçə qızın qapısına elçi getmişəm. Lazım olarsa o ailələri də dindirmək olar. Biz öz qızımızı niyə məcbur verməliydik ki? Bizim qız, ərə getməmişdi, dul deyildi, küçədə qalmamışdı. Əxlaqlı, tərbiyəli rayon qızı idi. Onların çoxsaylı minnətlərindən sonra qızımızı vermişik. Və verdiyimizə də peşman olduq. Yəni bunlar evə qız yox, sadəcə oğlanı evlənmək üçün, camaatdan toy edib, pul yığmaq üçün məqam axtarlarmış. Bu məqamın da qurbanı mənim dayım qızı oldu. İndi mən dayım qızının arxasında durmuşam deyə, namusuna yiyə çıxdım deyə başıma bu işlərmi gəlməliydimi?"

Deyirlər ki, onlardan pul istəmişəm. Biz namusumuzu, qeyrətimizi pula satmırıq. Mən dayım qızı kimi çox qadınlarımıza, küçəyə atılmış, namusu tapdalanmış qızlarımıza çox kömək etmişəm. Asif kimi pullu, harınlamış, qeyrəti-namusu pulla alıb-satan dırnaqarası oğlanlara bu dərs olmalıdır. Çünki hər bir qız uşağı gələcəyin anasıdır. Ana müqəddəsdir, bu şərəfli adı qorumaq lazımdır. Mən də dayım qızının timsalında bütün ailəsi dağılan, şərəfi-namusu, qeyrəti alçaldılan xanımlarımıza, qızlarımızdan kömək istəyirəm. Dayım qızının təmiz adının bərpa olunmasına kömək olun.

Niyə 18 yaş özündən kiçik alıb bədbəxt edirdi? 42 yaşında Çini, Dubayı, Rusiyanı gəzən iş adamını aldadıb müqavilə bağlatmaq olarmı? Başa düşə bilmirəm, Azərbaycanda müqavilə bağlamaq nə vaxtdan dəbə düşmüşdü ki, bizim də müqavilə yadımıza. İmkanlı iadamı olduğundan müqavilə ona lazım idi ki, boşananda birdən var-dövlətini qızla bölüşməsin. Bağlanılan müqavilədə boşandıqları halda gəlin ködüyü ev dayım qızına qalmalı idi. Bunlar da qızı yola vermədilər, sonra da məhkəmənin əli ilə müqaviləni ləğv etdirdilər. Bir sözlə, dayım qızını küçəyə atdılar. Əlbətdə ki, mən də nəslin kişisi kimi dayım qızının arxasında durmalıydım.

Asif Əliyevin anası deyir ki, mən onlardan pul istəmişəm. Yalandır, biz namusumuzu, qeyrətimizi pula satmırıq! Mənə dayımın qızının təmiz adını təmizə çıxarmaq milyonlara dəyər. Başa düşə bilmirəm, məgər dayım qızıdırsa mən onu müdafiə edə bilmərəm. Bütün hüquq-mühafizə orqanları söhbətin dayım qızından getdiyindən xəbərdardı.

Başa düşürəm Lyudmila xanımın çıxışını. O anadır, mən göydə Allaha, yerdə bütün analara sitayiş edirəm. Mənim də evimdə Allahım qədər sitayiş etdiyim anam var. Onun döşündən süd verdiyi oğlu cinayət edib, həbs olunub. Neyləməlidir? Əlbətdə ki, şikayət etməlidir. Mən onu çox gözəl başa düşürəm. Əgər mən də cinayət etmiş olsaydım, mənim də anam onun kimi çıxış edə bilərdi. Heç bir ana balasının həbs olunmasını, heç belə dırnağına daş dəyməsini istəməz. Amma o ana unutmamalıdır, bir cinayətkar böyüdüb...

Mən onu deyə bilərəm ki, mən psixoloqam, teleaparıcıyam, jurnalistəm. Mən əlimdə qələm tuturam, bıçaq yox. O üzdən də özümü müdafiə etmək üçün hüquq-mühafizə orqanlarına müraciət etdim. Və bu gün bizim qanunlar alidir. Möhtərəm prezidentimizin siyasətini hüquqq-mühafizə orqanları dəstəkləyir. Nəinki mənə, hər bir Azərbaycan vətəndaşına göstərilən diqqəti mənə də göstərirlər. Yəni cinayətkar kimi, quldur quldur kimi, zərərçəkən də zərərçəkmiş kimi tanınır. Bu da demokratik respublikada yaşamağımızın bir nümunəsidir."/anspress.com//

AzNews.az