Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələrini pisləyir və onları qanuni hesab etmir.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
"Biz onları qınayırıq",-deyə Peskov qeyd edib.
Peskov xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının yəmənli husilərdən Qırmızı dənizdə gəmilərə hücumları dərhal dayandırması tələbi Qərb koalisiyasına hava hücumu hüququ vermir. Bununla bağlı o, ABŞ və İngiltərənin öz hərəkətlərinə beynəlxalq hüquq çərçivəsində haqq qazandıra bilməməsinə işarə edib.
Mövsüm
Aznews.az