Almaniyanın Bundesver briqadasının Litvada gözlənilən daimi yerləşdirilməsi NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi varlığının artırılmasından xəbər verir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat brifinqində qeyd edib.
“NATO və ona üzv dövlətlərin Rusiya sərhədləri yaxınlığında fəallığının və hərbi potensialının artması təxribat xarakterlidir. Bu, Qərb siyasətçilərinin adi avropalılara söylədiklərinin əksinə olaraq, hərbi gərginliyin azalmasına deyil, artmasına gətirib çıxarır”,-deyə Zaxarova bildirib.
Mövsüm
Aznews.az