Rişi Sunak Kiyevdə səfərdədir

12 Yanvar 2024 15:31 (UTC+04:00)

Böyük Britaniyanın baş naziri Rişi Sunak Kiyevə rəsmi səfər edib və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Böyük Britaniyanın baş naziri bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

O, gəlişindən foto əlavə edərək, “Mən Ukraynadayam” yazıb.

Sunak Kiyev rejiminə Britaniyadan “nə qədər lazımdırsa” dəstəyini davam etdirəcəyini vəd edib.

Mövsüm

Aznews.az