MDB PA-nın Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidəçilər qrupunun koordinatoru təyin edilib

12 Yanvar 2024 16:32 (UTC+04:00)

Qazaxıstanın Ali Məhkəməsinin sədri Jakip Asanov Azərbaycanda keçiriləcək prezident seçkilərində MDB PA-dan müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

Onun namizədliyini Qazaxıstan Senatı irəli sürüb.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü ildə keçiriləcək.