Füzuli şəhərinə daha 147 ailə köçürüləcək

12 Yanvar 2024 16:36 (UTC+04:00)

Yanvarın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə növbəti mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirib.

Komitədən verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.