MSK-nın media mərkəzi fəaliyyətə başlayır

13 Yanvar 2024 18:25 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının media mərkəzi tam hazır vəziyyətə gətirilib.

"Aznews.az" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, sabahdan etibarən media mərkəzi öz işinə aktiv şəkildə başlayacaq.