Ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları açıqlandı

15 Yanvar 2024 09:49 (UTC+04:00)

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulacaq media orqanları məlum olub.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, prezident seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaq üçün ümumilikdə 44 media orqanı müraciət edib.

Qeyd edək ki, siyahıda AzNews.az xəbər portalı da var.

Həmin siyahı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz.