Şimali Koreya (KXDR) hipersəs idarə olunan döyüş başlığına malik bərk yanacaqla işləyən ballistik raketi uğurla sınaqdan keçirib.
Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi ( KCNA ) məlumat yayıb.
“Sınaq buraxılışı orta uzun mənzilli hipersəs manevrli idarə olunan döyüş başlığının sürüşmə və manevr uçuş xüsusiyyətlərini və yeni çoxpilləli ağır yük daşıyan bərk yanacaq reaktiv mühərriklərinin etibarlılığını təsdiq etmək məqsədi daşıyır. Sınaq uğurlu oldu”, - mesajda deyilir.
Xəbərdə qeyd edilib ki, bu, ətraf ölkələrin təhlükəsizliyinə heç bir təsir göstərməyib.
Mövsüm
Aznews.az