Sabaha olan hava proqnozu

6 Avqust 2013 21:20 (UTC+04:00)
Sabah Bakıda güclü cənub küləyi gözlənilir.

Bu barədə AzNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, şimal qərb küləyi güclü cənub küləyi ilə əvəzlənəcək.

Paytaxtda və yarımadada havanın temperaturu gecə 19-23, gündüz 30-34 dərəcə isti olacaq.

Məlumata görə, avqustun 7-də ölkənin regionlarında əsasən yağmursuz hava şəraiti gözlənilir, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.
Aran rayonlarında gecə 18-23, gündüz 31-36 dərəcə isti, dağlıq rayonlarda isə gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

AzNews.az