Baş Prokurorluqdan Elşad Abdullayevlə bağlı qərardada münasibət

6 Avqust 2013 16:18 (UTC+04:00)
"Kiyev şəhərinin Obolon Rayon Məhkəməsinin Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardadın çıxarılması ilə bağlı Ukrayna Baş Prokurorluğu tərəfindən məlumatlandırılmışıq".

Bunu APA-ya açıqlamasında Azərbaycan Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

E. Sultanov bildirib ki, həmin sənəd Ukrayna Baş Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

AzNews.az