Çilidə təyyarə qəzası nəticəsində pilot ölüb

16 Yanvar 2024 13:16 (UTC+04:00)

Milli Meşə Korporasiyasına (CONAF) məxsus yüngül mühərrikli S2R-T660 təyyarəsinin Çilinin Talka şəhərində magistral yolda qəzaya uğraması nəticəsində pilot həlak olub, daha 4 nəfər yaralanıb.

Korporasiya bu barədə özünün X-kanalında (keçmiş Twitter) məlumat verib.

"EnElAire" X səhifəsində yayımlanan kadrlardan göründüyü kimi, təyyarə birbaşa yola düşüb. Təyyarə Panguilemo aerodromunun yaxınlığında şossedə qəzaya uğrayıb. Pilotun idarəetməni itirməsi təyyarənin sağ qanadı ilə dirəyə dəyməsinə və yoldan keçən yük maşınına çırpılmasına səbəb olub.

Mövsüm

Aznews.az