İTV-də “yarpaq tökümü“ davam edir

6 Avqust 2013 19:30 (UTC+04:00)
Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin Həmkarlar İttifaqının sədri Azad Məmmədov da işdən qovulub.

AzNews.az xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, Azad Məmmədovun işdən qovulmasına səbəb onun Cəmil Quliyevə kanalın köhnə kadrlarını işdən çıxartmasına etiraz etməsi olub. Elə buna görə də rəhbərlik onu işdən çıxarıb.


AzNews.az