Sərnişin avtobusu qəzaya düşdü; 11ölü, 35 yaralı

6 Avqust 2013 19:59 (UTC+04:00)
Venesuelanın Taçira ştatında bu gün şəhərlərarası avtobus qəzaya uğrayıb.

APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, nəticədə 11 nəfər ölüb, 35 nəfər isə xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb təhlükəli döngədə sürət həddinin aşması olub. Nəticədə avtobus yoldan çıxaraq aşıb.

Ölənlər arasında üç uşağın olduğu bildirilir. Yaralılar San Kristobal şəhərinin xəstəxanalarına aparılıb.

Qeyd edək ki, sərnişin avtobusunun iştirakı ilə daha bir ağır qəza bu gün Meksikada baş verib. İçərisində katolik zəvvarların olduğu avtobus aşaraq dərəyə yuvarlanıb. Nəticədə 8 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

AzNews.az