İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Pakistan ərazisindəki hədəflərə hücum etdiyini təsdiqləyib.
Abdullahian İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) sessiyasında çıxış edib.
İranın İraq, Suriya və Pakistana son raket hücumlarının “terrorla mübarizə çərçivəsində, İsrailin Qəzzaya hücumları ilə əlaqəli olmadığını” müdafiə edən Abdullahian, “Biz İraq və Pakistanın ərazi bütövlüyünə hörmət edirik, lakin milli təhlükəsizliyimizin təhdid edilməsini qəbul etməyəcəyik",-deyə qeyd edib.
Ölkəsinin İraqın Ərbil şəhərinə təşkil etdiyi hücumda Mossad agentlərinin hədəf alındığını iddia edən Abdullahian, Tehranın İsrail kəşfiyyat təşkilatı Mossad-ın İraq Kürd Regional Rəhbərliyindəki fəaliyyətləri ilə bağlı İraqla kəşfiyyat məlumatlarını paylaşdığını bildirib.
Pakistan ərazisinə hücumla bağlı Abdullahian heç bir Pakistan vətəndaşının hədəf alınmadığını müdafiə edib.
Mövsüm
Aznews.az