Taylandda fişəng fabrikində partlayış baş verib

17 Yanvar 2024 18:56 (UTC+04:00)

Tailandın mərkəzində fişəng fabrikində baş verən partlayış nəticəsində azı 15 işçi həlak olub.

Axtarış-xilasetmə qruplarının verdiyi açıqlamaya görə, hadisə ölkənin mərkəzi hissəsindəki Suphan Buri şəhərində qeydə alınıb.

Sosial şəbəkələrdəki yazılar fabrikin yararsız hala düşdüyünü göstərir.

Mövsüm

Aznews.az