Erməni hakimlərə ağır zərbə

6 Avqust 2013 20:20 (UTC+04:00)
Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi Avropa Liqasında keçirilmiş oyunda qərəzli hakimlik etdiklərinə görə iki hakimin ömürlük diskvalifikasiya olunması barədə qərar qəbul edib.

APA-nın verdiyi xəbərə görə, bu barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.

Söhbət Avropa Liqasının I kvalifikasiya raundunda Finlandiyanın "İnter" və Farer adalarının "Vikinqur" komandaları arasında iyulun 11-də keçirilmiş cavab oyununa hakimlik etmiş baş hakim Andranik Arsenyan və onun köməkçisi Oqanes Avaqyandan gedir.

AzNews.az