“Qızıl top“a namizədlərin adı açıqlandı

6 Avqust 2013 21:03 (UTC+04:00)
Kriştianu Ronaldu, Frenk Riberi və Lionel Messi Avropanın ən yaxşı oyunçusu adına iddialıdırlar.


AzNews.az Sports-a istinadən bildirir ki, məhz onlar UEFA versiyası üzrə Avropanın ən yaxşı futbolçusunun müəyyən ediləcəyi qısa siyahıya düşüblər.

Onlar UEFA-nın bütün milli assosiasiyalarından olan jurnalistlərin səsverməsində ən çox səs alıblar. Qalibin müəyyən ediləcəyi səsvermənin finalı avqustun 29-da Monakoda, Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı keçiriləcək.

Ötən mövsüm Lionel Messi "Barselona" ilə İspaniya çempionu oldu, primerada 46 qol vurub və "Qızıl top"a sahib çıxıb.

Frenk Riberi "Bavariya"ya ölkə çempionu titulunu, Almaniya Kubokunu qazanmağa, həmçinin "Uembli"də Dortmund "Borussiya"sının öhdəsindən gəlməyə kömək elədi. Sonra isə münhenlilərlə müqaviləsini yeniləyib.

Kriştianu Ronaldu 12 qolu ilə Çempionlar Liqasının 2012/2013 mövsümünün bombardiri olub, həmçinin Portuqaliya millisi ilə 200-cü oyununa çıxıb.

Monakoda jurnalistlər xüsusi elektron sistemin köməyilə birbaşa efirdə bu namizədlərdən birinə səs verəcəklər. 4-cüdən 10-dək olan yerlər isə səsvermənin 4-cü turundan sonra artıq müəyyənləşib. Hər jurnalist 5 futbolçunun adını çəkib. Birinci yerə görə futbolçuya 5, 4-cü yerə görə 4 və s. xal verilib.

4. Robert Levandovski ("Borussiya" Dortmund) - 80 xal

5. Aryen Robben ("Bavariya") - 55

6. Tomas Müller ("Bavariya") - 51

7. Qaret Beyl ("Tottenhem") - 48

8. Bastian Şvaynştayger ("Bavariya") - 34

9. Zlatan İbrahimoviç ("Pari Sen-Jermen") - 27

10. Robin van Persi ("Mançester Yunayted") - 24

AzNews.az