Maşında yanan sürücünün kimliyi bəlli oldu - Yeniləndi

7 Avqust 2013 08:08 (UTC+04:00)
Bakıda yol qəzasında ölən sürücünün şəxsiyyəti müəyyən edilib.

Sabunçu Rayon Polis İdarəsindən milli.az-a bildirilib ki, yol qəzasında ölən 39 yaşlı Müşfiq Məmmədovdur. Bundan başqa, qəzada Mais Təhməzov xəsarət alıb.

***
06.08.2013
23:47
Bakıda, aeroport yolunda qəza baş verib.

Hadisə şahidlərinin milli.az-a verdikləri məlumata görə, şəhər istiqamətində hərəkətdə olan avtomobil "Koroğlu" metrostansiyasına az qalmış qəzaya uğrayıb və alışıb.

Sabunçu Rayon Polis İdarəsindən bildirilib ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb, sonra alışıb. Sürücü hadisə yerində yanaraq ölüb.


AzNews.az