Politoloq İran-Pakistan münaqişəsinin region üçün təhlükəsindən danışıb

19 Yanvar 2024 16:05 (UTC+04:00)

İran və Pakistan arasındakı münaqişə lokal toqquşmalar dalğasına səbəb ola bilər və bütün region üçün təhlükəlidir.

Bu fikri politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov bildirib.

Şərqşünasın fikrincə, İslamabadla Tehran arasında münaqişə İsraillə HƏMAS arasında gedən müharibə səbəbindən yaranıb. O hesab edir ki, ABŞ Pakistanın köməyi ilə İranın Qəzza zolağından radikallara dəstək verməsinin qarşısını almaq istəyir.

O, qeyd edib ki, bu, amerikalıların İranın hərəkətlərini əngəlləmək cəhdləri ilə bağlıdır və bu, Hizbullahın İsrailə qarşı hərəkətlərinə yaşıl işıq yandıra bilər, çünki bu, çox ciddi hərbi təşkilat və ciddi siyasi qüvvədir.

Mövsüm

Aznews.az