Neft daşıyan yük qatarında yanğın - Şəmkirdə

7 Avqust 2013 07:11 (UTC+04:00)
Şəmkir rayonunda neft daşıyan yük qatarında yanğın baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, rayonun Könüllü kəndində "Dəmir yol" QSC-yə məxsus Qazax-Bakı istiqamətilə hərəkət edən, neft xammal daşıyan yük qatarının tutumu 60 ton olan boş sisterninin üzərinə dağılmış neft qalıqları yanıb.

Sistern yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

AzNews.az