Aİ HƏMAS-ı maliyyələşdirdiyinə görə altı nəfərə sanksiya tətbiq edəcək

19 Yanvar 2024 19:10 (UTC+04:00)

Avropa İttifaqı Fələstinin HƏMAS radikal hərəkatı üçün xüsusi sanksiya rejimi yaradıb və bu rejim çərçivəsində icmanın fikrincə, təşkilatın maliyyələşdirilməsinə töhfə verən 6 nəfərə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edəcək.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

“Biz sanksiya rejimini təsdiqləmişik və HƏMAS-ın maliyyələşdirilməsinə töhfə verən 6 nəfərə qarşı sanksiyalar tətbiq edirik”, - deyə o, qərarın yaxın saatlarda açıqlanacağını qeyd edib.

Diplomatın sözlərinə görə, qara siyahıya düşənlər Avropa İttifaqının vətəndaşları deyil.

Mövsüm