Hərbi psixiatrın məhkəməsi başladı

7 Avqust 2013 07:30 (UTC+04:00)
ABŞ-ın Fort-Xud hərbi bazasında 13 nəfəri qətlə yetirmiş, 30-dan insanı yaralamış hərbi psixiatrın məhkəmə prosesi başlayıb.

Lent.az-ın "BBC"-yə istinadən məlumatına görə, olay 4 il öncə hərbi bazanın yerləşdiyi Texas ştatında baş verib.

2009-cu il noyabrın 5-də mayor Nidal Malik Həsən iki tapançadan, 7 dəqiqə ərzində öz hərbçi həmkarlarına yüzdən artıq atəş açıb.

Hakim qərara gəlib ki, Həsən dini inancından məhkəmədə istifadə edə bilməz.

Hərbi prokuror Malik Həsənin atəş açmazdan öncə, "radikallaşdığını", internetdə "cihad" və "taliban" sözlərinə axtarış verdiyini dəlil kimi göstərib.

Hazırda o, əlil kreslosunda oturur. İstintaq zamanı o, özü-özünü müdafiə edəcək. Dindirmədə sağ qalan şahidlərin də ifadə verəcəyi gözlənilir.

Suçu təsdiqlənəcəyi halda mayoru edam hökm çıxarılacaq. 1961-ci ildən sonra bu hərbi məhkəmənin edam hökmü çıxaracağı ilk hadisə ola bilər.

AzNews.az