Sabunçuda yol-nəqliyyat hadisəsi azyaşlının xəsarət alması ilə nəticələnib

20 Yanvar 2024 09:15 (UTC+04:00)

Bakının Sabunçu rayonunda 1 yaşlı körpə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Aznews.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2023-cü il təvəllüdlü A.Mirzəzadə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.