Nikol Paşinyan: "Ermənistan və Azərbaycan qarşılıqlı olaraq təminat istəyir"

20 Yanvar 2024 14:40 (UTC+04:00)

Ermənistan və Azərbaycan qarşılıqlı olaraq biri-birinə qarşı ərazi iddialarının olmadığına dair təminat istəyirlər.

Aznews.az Report-a istiandən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müdafiə” Partiyasının fəalları ilə görüşdə bildirib.

“Biz Azərbaycandan, Azərbaycan isə bizdən biri-birimizə qarşı gizli ərazi iddiası olmadığına dair əlavə təminat istəyirik”, - o qeyd edib.

N.Paşinyanın sözlərinə görə, bu, elə bir iş prosesidir ki, məsələyə bu yöndən yanaşmaq lazımdır.

Onun çıxışının tam mətni feysbuk səhifəsində yayılıb.