Azərbaycan Premyer Liqası: 2024-cü ilin ilk matçı qolsuz başa çatıb

21 Yanvar 2024 20:07 (UTC+04:00)

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Aznews.az xəbər verir ki, 2024-cü ilin ilk matçında "Sabah" "Neftçi"ni qəbul edib.

"Bank Respublika Arena"da reallaşan qarşılaşma qolsuz başa çatıb.

29-cu xalını qazanan "Neftçi" ikinci sıradakı "Zirə"yə çatıb. Meydan sahibləri isə 23 xalla yeddincidir.

Qeyd edək ki, XIX turun digər görüşləri yanvarın 22-23-də gerçəkləşəcək.