İnquşetiyada faciə; iki azərbaycanlı fəhlə öldü

7 Avqust 2013 09:00 (UTC+04:00)
İnquşetiyada aparılan tikinti-montaj işləri zamanı divarın uçması nəticəsində iki əcnəbi həlak olub.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsi açıqlama yayıb.

Bildirilib ki, hadisə Surxaxi yaşayış məntəqəsinin Matiyev küçəsində baş verib. Həlak olanların Azərbaycan vətəndaşı olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.

AzNews.az