Əli Əsədov Aleksey Overçukla görüşüb

22 Yanvar 2024 20:24 (UTC+04:00)

Azərbaycanın Baş Naziri Əli Əsədov Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşüb.

Aznews.az xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının cari məsələləri və birgə layihələrin icrasının gedişi müzakirə olunub.

Tərəflər 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas sahələrinin inkişafına dair Yol Xəritəsinin imzalanmasının vacibliyini qeyd ediblər.