NATO Ukraynaya dəstək məqsədilə artilleriya sursatlarının istehsalına 1,2 milyard dollar sərmayə qoyur.
Bu barədə alyansın baş katibi Yens Stoltenberq alyansın Brüsseldəki mənzil-qərargahında keçirdiyi brifinqdə bildirib.
"Biz indicə yüz minlərlə 155 mm-lik sursat almaq üçün 1,2 milyard dollardan çox müqavilə imzaladıq",-deyə baş katib qeyd edib.
Onun sözlərinə görə, Ukraynadakı münaqişə döyüş sursatı uğrunda döyüşə çevrilib, müttəfiqlərin Kiyevə dəstəyi davam etdirərkən öz təchizatını artıra bilmələri vacibdir.
Mövsüm
Aznews.az