Azərbaycanın ən yaşlı seçicisinin 124 yaşı var

23 Yanvar 2024 16:55 (UTC+04:00)

Azərbaycanda ən yaşlı seçicinin 124 yaşı var.

AzNews.az “secki-2024.az” saytına istinadla xəbər verir ki, o, 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızıdır.

Onun adı 93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqə seçki komissiyasının seçici siyahısındadır.