Çin sahillərində türk dənizçiləri xilas edilib

24 Yanvar 2024 11:18 (UTC+04:00)

Göyərtəsində türk dənizçilərin olduğu Omeqa adlı gəmi pis hava şəraiti səbəbindən Çinin Şanxay sahillərində Mirabella adlı gəmi ilə toqquşub.

16-sı türk olan 21 dənizçinin xilasedici qayıqlarla gəmini tərk etdiyi və digər gəmi tərəfindən xilas edildiyi açıqlanıb.

Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dəniz İşləri Baş İdarəsi gəminin batdığını, dənizçilərin sağlamlıq vəziyyətinin yaxşı olduğunu bildirib.

Mövsüm

Aznews.az