Rusiyada daha 1000 miqrant saxlanıldı
7 Avqust 2013 10:00 (UTC+04:00)
Rusiyada bazarlarda miqrantlara qarşı genişmiqyaslı əməliyyat davam edir. Son günlərdə paytaxtın "Sadovod" bazarında polis 1000-dən artıq miqrantı saxlayıb.
Rusiya Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilir ki, saxlanılanlar polis şöbəsinə aparılıb. Onların sənədləri yoxlanılır. Rusiyada qanuni əsasla işləyib-işləmədiyi araşdırılır. Qeyd edək ki, Rusiya bazarlarında reydlər iyulun 27- dən başlayıb. Miqrantlar üçün yaradılan düşərgələrdə 600-dən artıq miqrant yerləşdirilib.
Elnarə
AzNews.az