ABŞ Yəməndə Husilərə məxsus iki gəmi əleyhinə raketin məhv edildiyini bildirib

24 Yanvar 2024 12:03 (UTC+04:00)

ABŞ silahlı qüvvələri Yəmənə yeni zərbələr endirib, Husilərə məxsus iki gəmi əleyhinə raketi məhv edib.

Bu barədə Amerika Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“Yanvarın 24-də təqribən 02:30-da ABŞ Mərkəzi Komandanlığı qüvvələri Qırmızı dənizin cənub hissəsinə göndərilmiş və hazır vəziyyətə gətirilən Husilərə məxsus iki gəmi əleyhinə raketə hücum edilib”, - deyə məlumatda deyilir.

Qeyd olunur ki, raketlər Yəmənin husilərin nəzarətində olan ərazilərində aşkar edilib və ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün təhlükə yaradıb.

CENTCOM əlavə edib ki, Amerika komandanlığı onları özünümüdafiə məqsədilə məhv edib.

Mövsüm

Aznews.az