Rusiya XIN Finlandiya ilə sərhədyanı əməkdaşlığa dair sazişin ləğv edildiyini açıqlayıb

24 Yanvar 2024 19:16 (UTC+04:00)

Rusiya Rusiya Federasiyası və Finlandiya hökumətləri arasında transsərhəd əməkdaşlığın təşviqi haqqında sazişi ləğv edir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyası Hökuməti ilə Finlandiya Respublikası Hökuməti arasında 2012-ci il aprelin 13-də Helsinkidə Rusiya Federasiyası ilə Finlandiya Respublikası arasında transsərhəd əməkdaşlığın təşviqi haqqında sazişə xitam verilib”, - deyə departamentdən bildirilib.

Mövsüm

Aznews.az