Gənc müğənni ölümdən döndü - VİDEO

7 Avqust 2013 10:27 (UTC+04:00)
Müğənni Nurlan Təhməzli "Sən özün də yanmısan" adlı yeni hitinə klip çəkilişində gözlənilməz hadisə bütün çəkiliş heyətini qorxudub.

Bu barədə AzNews.az-a sənətçinin prodüseri Pənah Eldaroğlu məlumat verib. Onun sözlərinə görə, klipin çəkilişi zamanı qaldırıcı qurğu az qalıb ki, müğənninin ölümünə səbəb olsun: "Nurlan azacıq diqqətsizlik etsəydi, indi aramızda yox idi... Bütün heyətlə bu möcüzəli hadisənin təsiri altında idik. Çəkiliş vaxtı Nurlanı qaldırıcı qurğu vasitəsilə kamera müşayət edirdi. Kiçik bir ehtiyatsızlıq ucbatından Nurlan bir anlıq təhlükə yaşadı. Çox şükür ki, cevik davrandı". Qeyd edək ki, klipin rejissoru Rəhman Əliyevdir. Mahnının sözləri reper Nadoya, musiqisi isə Elvin Musayev və Nurlan Təhməzlinin özünə məxsusdur.



Bahar
AzNews.az