PA-nın sektor müdiri QHT-lərlə görüşdü, mühim mesajlar verildi - FOTOLAR

25 Yanvar 2024 10:45 (UTC+04:00)

QHT-lərə Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT sədrləri ilə görüş keçirilib

Yanvarın 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT nümayəndələri ilə görüş keçirilib.

Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib.

Aparılan müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi ekoloji sahədə QHT-lərin fəaliyyətinin gücləndirilməsi, həmçinin ölkəmizdə keçiriləcək COP29 tədbiri ilə bağlı müxtəlif təkliflərlə çıxış edib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.