İsveçin baş naziri Macarıstana səfər edəcək

25 Yanvar 2024 16:53 (UTC+04:00)

İsveçin baş naziri Ulf Kristersson macar həmkarı Viktor Orbanın İsveçin NATO-ya üzv olmaq istəyini müzakirə etmək üçün Budapeştə səfər etmək dəvətini qəbul edib.

Bu barədə "Sveriges Television" məlumat yayıb .

Orban iki gün əvvəl, yanvarın 23-də Kristerssona dəvət məktubu göndərib. O, digər məsələlərlə yanaşı, “İsveç və Macarıstan arasında siyasi və ya təhlükəsizlik sazişlərinin əsasını güclü qarşılıqlı etimad təşkil etməlidir”,-deyə qeyd edib.

Mövsüm

Aznews.az