İctimai Palata rəhbərliyi toplanır

7 Avqust 2013 11:12 (UTC+04:00)

Bu gün İctimai Palatanın Koordinasiya Şurasının toplantısı keçiriləcək.

Bu barədə AzNews.az-a İP KŞ-nin üzvü Vidadi Mirkamal məlumat verib. O bildirib ki, görüş İP KŞ-nin növbəti toplantılarından biridir. V.Mirkamalın sözlərinə görə, KŞ-nin iclasında İP-in geridə qalan ay gördüyü işlər və cari ictimai-siyasi məsələlər müzakirə olunacaq.

AzNews.az-a başqa mənbədən verilən məlumatda isə bildirilir ki, İP KŞ-nin bu toplantısının KŞ üzvü Pənah Hüseynin təkidlərindən sonra keçirilməsi qərara alınıb. O da qeyd edilir ki, toplantıda MŞ sədri Rüstəm İbrahimbəyovun Azərbaycana dönüşü müzakirə olunacaq. Bundan başqa toplantıda ikinci bir namizədin irəli sürülməsi təklifi də yer ala bilər. Qeyd edək ki, toplantı saat 15:00-da Müsavat Partiyasının qərargahında baş tutacaq.

Bahar Rüstəmli
AzNews.az