Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) Koordinasiya Mərkəzi Yəmən sahillərində gəmiyə hücum barədə məlumat verib.
“UKMTO, Ədənin 60 dəniz mili cənub-qərbində baş verən insident barədə məlumat aldı. Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırır”, - X sosial şəbəkəsində (keçmiş Twitter) mesajda deyilir.
Hərbi gəmilərə tövsiyə olunur ki, ehtiyatlı davransınlar və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat versinlər.
Mövsüm
Aznews.az