Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev ABŞ-nin İraqdan əsgərlərini çıxardığı zaman Suriyanı da tərk edəcəyini bildirərək, “İraq ərazisindən istifadə etmədən Suriyada maddi-texniki təminat və hərbi birləşmələrin saxlanılması mümkün olmayacaq"-deyə qeyd edib.
Rusiyanın "Ria" xəbər agentliyinə müsahibə verən Lavrentyev ABŞ-nin Yaxın Şərqdəki fəaliyyətləri ilə bağlı açıqlamalar verib.
ABŞ-nin İraqı tərk etməyə hazır olduğunu ifadə etdiyinə diqqət çəkən Lavrentyev, iraqlı həmkarlarının bu məsələ ilə bağlı onlara məlumat verdiyini bildirib.
Lavrentyev bunun nə vaxt baş verəcəyinin aydın olmadığını deyib və belə davam edib:
"Hələlik bu məsələ müzakirədə qalır, çünki düşünürəm ki, amerikalılar bunu hər cür gecikdirəcəklər. Çünki onlar hazırda buna hazır deyillər. Bunun onların zəifliklərini göstərəcəyini və bunun fonunda pis görünəcəyini düşünürlər. İraqdan çəkildikdən sonra qoşunlarını Suriyadan çıxaracaqlar çünki İraq ərazisindən istifadə edə bilmədən Suriyada logistikanı dəstəkləmək və hərbi hissələri saxlamaq mümkün olmayacaq”.
Mövsüm
Aznews.az