Berlin Kiyevə “Storm Shadow”u tədarükü üçün Londonla raket mübadiləsini təsdiqləməyib

26 Yanvar 2024 16:28 (UTC+04:00)

Almaniya Böyük Britaniyaya "Taurus" raketlərinin tədarükünü təsdiqləmir ki, o, "Storm Shadow" sistemlərini Ukraynaya ötürəcək.

Bunu Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Kristian Hofman deyib.

"Xeyr, mən bunu təsdiq edə bilmərəm" ,-deyə o, brifinq zamanı müvafiq suala cavab verib.

Nazirlər Kabineti Britaniya hakimiyyətinin Almaniyanın Böyük Britaniyaya “Taurus” qanadlı raketlərini təhvil verməsi, Ukraynanın isə əvəzində Britaniyanın “Storm Shadow” sistemlərini alması təklifi ilə bağlı bir sıra KİV-lərdə yayılan xəbərləri belə şərh edib.

Mövsüm

Aznews.az