“WhatsApp“ istifadəçilərinə şad xəbər

7 Avqust 2013 17:20 (UTC+04:00)
Son zamanların ən məşhur mobil messencerlərindən biri olan "WhatsApp"ın yeni funksiyası istifadəyə verilib.

"Voice Messaging" funksiyası sayəsində messencerin istifadəçiləri bir-birləri ilə səsli ünsiyyət saxlaya biləcəklər. Səsli mesajlarla bağlı heç bir məhdudiyyət yoxdur.

Bundan əlavə "WhatsApp" istifadəçilərinin ümumi sayı da açıqlanıb. Belə ki, son iki ay ərzində istifadəçilərin sayı 50 milyon artıb. Hazırda bu xidmətdən gündəlik 300 milyondan çox istifadəçi 31 milyarddan çox mesaj mübadiləsini icra edir./mobiz.az/

AzNews.az