Bayram günlərində hava necə olacaq?

7 Avqust 2013 11:34 (UTC+04:00)
Bakı və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gün ərzinə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,

Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 8-də şimal rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 18-23, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Ramazan bayramı günlərində - avqustun 8-də gecə və səhər əsasən respublikanın şimal rayonlarında, gündüz isə ayrı-ayrı yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, axşam dağlıq və dağətəyi rayonlarda yağışın leysan xarakterli olacağı gözlənilir.

Avqustun 9-da əsasən gecə və səhər saatlarında bəzi rayonlarda hava şəraitinin yağışlı olacağı, avqustun 10-da gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir.

Avqustun 11-də əksər rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə yüksələcəyi gözlənilir.

AzNews.az