Niderland Macarıstana təhdidlər səbəbindən Aİ-nin diktaturaya çevrildiyini qeyd edib

29 Yanvar 2024 14:21 (UTC+04:00)

Budapeştin Ukraynaya yardıma vetosunu ləğv etmədiyi təqdirdə Macarıstan iqtisadiyyatını məhv edəcəyi ilə hədələyən Avropa İttifaqı (Aİ) diktaturaya çevrilib.

Bu barədə Hollandiya Demokratiya Forumundan (FVD) Avropa Parlamentinin üzvü Marsel de Qraaf bildirib.

“Aİ Macarıstana qarşı müharibə aparır. Onlar istəyirlər ki, Macarıstan Brüsselin axmaq siyasətinə əməl etsin, əks halda Macarıstan iqtisadiyyatını məhv etməyə çalışacaqlar. Avropa İttifaqının hazırki vəziyyəti diktaturadır!” - fikirlərini bölüşüb.

Siyasətçi “Financial Times” qəzetinin məlumatlarını belə şərh edib ki, birləşmə Ukraynaya yardımın ayrılmasına mane olmağa davam edərsə, Macarıstan iqtisadiyyatını sabotaj edə bilər. Güman edilir ki, təzyiq rıçaqları Macarıstan forintinin məzənnəsi və ölkənin investisiya cəlbediciliyi səviyyəsi ola bilər.

Mövsüm

Aznews.az