Vladimir Putin prezidentliyə namizəd kimi rəsmi olaraq qeydə alınıb

29 Yanvar 2024 14:30 (UTC+04:00)

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı dövlət başçısı Vladimir Putini martın 15-17-də keçiriləcək seçkilərdə iştirak etmək üçün özünün namizədliyini irəli sürmüş prezidentliyə namizəd kimi rəsmi olaraq qeydə alıb.

"Qərar yekdilliklə qəbul edilib", - MSK sədri Ella Pamfilova bildirib.

MSK-nın katibi Natalya Budarina da öz növbəsində təsdiqləyib ki, qanunun tələb etdiyi kimi, Putini dəstəkləmək üçün toplanmış 315 min imza arasından yoxlama üçün 60 min seçici imzası təsadüfi seçilib. "Yoxlama nəticəsində 60 min imzadan 91-i seçicilər haqqında düzgün məlumat verilmədiyi üçün etibarsız sayılıb. 91 etibarsız imza yoxlanılanların 0,15 faizini təşkil edir", - o qeyd edib.

Mövsüm

Aznews.az